Mağaza Sayımı
Təchizat zəncirinin bir çox nöqtəsində sayım müxtəlif formalarda mövcuddur. Müxtəlif növ sayımlardan faydalanmaq biznesinizin davamlı qalmasına və mükəmməl müştəri xidməti təklif etməsinə kömək edir. Bizim sayım prosesimiz səmərəli və effektivdir. Texnologiyamız və təcrübəli komandamız sayəsində, mağazalarınızın ən çox dəyəri olan məhsullarından ən xırda ölçülü məhsullarına qədər bütün vəsaitin sayımını sürətli bir şəkildə həyata keçiririk. Həmçinin, istənilən məlumatları müştərilərimizə təqdim edə bilmək üçün müştərilərimizə şərtlərinə görə detallı hesabatlar və analizlər təqdim edirik. Yekun nəticələrinə nail olmaq və onların inventarizasiya proseslərini idarə etmək üçün bizimlə əlaqə saxlayın.
Mağazalarda mal-materiallar və digər məhsulların sayımı bir neçə məqsədlə nəzərdə tutula bilər:
1. Stok üçün məhsulların məlumat bazasının yaradılması
2. Mağazaya daxil olan yeni məhsulların göstərilən miqdarının yoxlanması
3. Faktiki stok qalığının çıxarılması
4. Stok səhvlərinin müəyyənləşdirilməsi
5. İtkilərin və artıqların aşkarlanması
6. İşçi heyətinin işinin şəffaflığının yoxlanması
7. Mağazanın təhvil-təslim edilməsi
Böyük və ya kiçik pərakəndə mağazalar müntəzəm olaraq sayılmalıdır. Baxmayaraq ki, cari qalığınızı hesablayan proqram təminatı dövriyyəniz haqqında hesabatlar təqdim edir, dəqiq qalığınız haqqında məlumatlar doğru olmaya bilər. Faktiki sayımın aparılması həm də sizə zərərin qarşısının alınması üsullarınızın dəyişdirilməsinin lazım olub-olmadığını söyləyir və sizə lazım olduğu kimi etiketlərin dəyişdirilməsi, qiymət yalnışlıqları və digər düzgün yerinə yetirilməyən elementləri aşkar etməyə imkan verir.
Bir çox biznes sahibləri sayım proseslərinin xərclərini və ya sayımları idarə etmək üçün daxili sayım komandasının işçi qüvvəsini təmin edə bilmədiyi üçün autsorsing sayım xidmətindən istifadə edərək minimal xərc ilə qısa müddətdə sayım nəticələrini əldə edə bilirlər. . Sayımların müstəqil sayım şirkətləri tərəfindən keçirilməsi həm zaman itkisinin qarşısını alır, həm sayım üçün ayrılan xərcləri azaldır, həm də digər maraqlar olmadan tam şəffaf nəticə əldə etməyə imkan verir. Şirkətimiz çoxillik təcrübəyə söykənərək xüsusi universal sayım proqramı, avadanlıq və sayım metodları ilə mağaza və şəbəkələrinizi sizə uyğun vaxtda, Bakı və digər şəhərlərdə sayım apararaq tam dolğun nəticə ilə təmin edir.