Restoran-qida məhsullarının sayımı

İctimai iaşə obyektində inventarizasiya prosesi digər sahələrlə oxşarlıq təşkil etsə də restoran biznesinin özünəməxsus xarakteristik xüsusiyyətləri var. Qida məhsullarının sayımını gündəlik, həftəlik, aylıq və ya periodik edə bilərsiniz.

 

 

İstər əsas istehsalat (mətbəx), istərsə də müstəqil sexlərdə (şirniyyat məmulatları, yarımfabrikatlar və s.) və ictimai iaşə müəssisələrində xammalların və hazır məhsulların sayımının aparılması aşağıdakı müddətlərdə tövsiyə olunur:
1.    Anbarlarda - ən azı rübdə bir dəfə;
2.    Mətbəxlərdə və istehsalat sexlərində - ayda ən azı bir dəfə;
3.    Bufetlərdə - rübdə ən azı iki dəfə.

Ayda bir dəfə standart olaraq mühasibat proqramı məlumatları ilə anbar qalıqları yoxlanılmalıdır. Aylıq inventarizasiya ilə, uyğunsuzluqların səbəblərini müəyyən etmək və həqiqətən hansı işçinin günahkar olduğunu müəyyən etmək sizin üçün daha asandır. Tipik olaraq iaşə müəssisəsinin inventarizasiyası ayın son günlərində aparılır.
İctimai iaşə obyektlərində-bu müəssisənin filiallarında və ona bağlı kiçik pərakəndə ticarət şəbəkəsində inventar və məhsulların eyni anda sayımının təşkili məqsədəuyğundur. İctimai iaşə müəssisələrində yerləşən qablaşdırılmış məhsullar, xammal, məhsul və ya hazır məhsullar eyni vaxtda sayılmalıdır.

İctimai iaşə obyektlərində (anbarlarında) məhsulların və ya xammalların sayımı niyə lazımdır?
1. Mühasibat uçotu sistemindəki məlumatlar ilə məhsulların, malların və istehlak materiallarının faktiki miqdarı arasında uyğunsuzluğun olub olmadığını müəyyən edilməsi üçün
2.  Mühasibat uçotunun düzgün qurulması üçün
3.  Xalis mənfəətin real məbləğinin təxmin edilməsi üçün
4. Müəssisədə iş proseslərinin tənzimlənməsi və oğurluğun, itkinin qarşısının alınması üçün
5. İllik hesabatların hazırlanmasından əvvəl və məhsulların və istehlak materiallarının təhlükəsizliyinə cavabdeh olan işçiləri dəyişdirərkən 

Mühasibat uçotu sistemindəki məlumatlar ilə faktiki miqdar arasındakı uyğunsuzluqların baş vermə səbəblərindən bəziləri:
1.    İşçilər mühasibat uçotu sisteminə tədarükçüdən gələn məhsullardan çox və ya az məhsul daxil edirdilər.
2.    Texnoloji hesablama siyahısı səhv tərtib edilir və mühasibat uçotu sistemi yeməyi hazırlamaq üçün tələb olunandan çox və ya daha az inqrediyenti yazır.
3.    Xarab olmuş məhsullar və ya yeməklər atılır, təmizlikçi işçisinə məişət üçün kimyəvi maddələr verilir, lakin bu və ya digər əməliyyatları sistemə yazmaq unudulur.
4.    Bir işçi bir şüşə spirt sındırır, digəri bir neçə porsiya xörək yandırır, gizlədir və s.

İctimai iaşə obyektlərində inventarizasiya müəssisənin işindəki bütün səhvləri göstərərir: hansı inventarlar qırılıb, neçə porsiya xörək üçün istifadə olunacaq  məhsullar çatışmır və s. Ət soyuducusu, süd soyuducusu, hazır yemək və bişintilər, quru saxlama, içkilər, dondurucular və iaşə obyektiniz üçün məna kəsb edən digər növ məhsulların sayımını həyata keçirməklə restoran, cafe və s. obyektlərinizdə məhsul qalığı haqqında dəqiq məlumatlar təqdim edirik. “Inventory Management Systems” şirkəti olaraq ictimai iaşə obyektlərində inventarizasiya proseslərini düzgün təşkil etmək üçün ən yaxşı təcrübələri, düsturları və kritik məlumatları Sizin üçün bir araya gətirdik!