Anbar Sayımı
Biz xidmətlərimizi spesifik ehtiyac və tələblərinizə uyğun formalaşdıraraq müxtəlif ölçüyə və sənaye sektorlarına malik olan müəssisələrlə işləyirik. Sayım komandamızın bir çox sektorlarında anbar sayımı təcrübəsi var. Bura otelçilik, kənd təsərrüfatı, tikinti materialları, pərakəndə və topdan satış və digər sahələr daxildir.
Anbar sayımları şirkətin rəhbərliyi üçün aşağıdakıları təmin edir:
• Yeyintiləri və oğruluğu aşkar etmək
• Normadan artıq itkiləri aşkar etmək
• Normadan artıq olan məhsulları aşkar etmək
• Yeni sifarişlər prosesini təkmilləşdirmək
• Qiymətdəndüşmə əlamətlərini aşkar etmək
• Qiymətqoyma prosesində boşluqlar aşkar etmək
Biz anbar qalıqlarında səhv və uyğunsuzluqları müəyyənləşdirib düzəltmək üçün qabaqcıl proqram və metodlardan istifadə edirik. Sizə bu haqda mütəmadi olaraq hesabat təqdim edirik. Bununla da siz qalıqlarınız haqqında dəqiq məlumat almış olursunuz. Anbar sayımı üzrə xidmət haqlarımız mal-material qalıqlarının həcmindən, yerləşməsindən və müxtəlifliyindən asılıdır.