Biz sizin gizliliyinizin qorunmasında məsuliyyətliyik və bu bəyanat sizin saytdan istifadə müddətində haqqınızda topladığımız məlumatlarınızı özündə birləşdirir. Gizlilik siyasətimizdə ediləcək hər hansı bir dəyişiklik bu səhifədə yerləşdiriləcək. Siz aşağıda göstərildiyi kimi şəxsi məlumatlarınızı bizə təqdim etdikdə, onların göstərilən yollarla bizim tərəfimizdən istifadəsinə razılıq verirsiniz. Toplanılan məlumatın hansı məqsədlə istifadə olunacağı aşağıda göstərilmişdir.
Biz sizin könüllü razılığınız olmadan məlumatlarınızı ( ad, ünvan, telefon və e-mail ünvanı) toplamırıq. Əgər siz bizi məlumatlarınızla təmin etsəniz, biz onlardan sizin maraq və şikayətlərinizin aydınlaşdırılması məqsədilə istifadə edəcəyik.